"Əfqan Muxtarlının ürəyi ağrıyır" – Vəkil Nemət Kərimli

Vəkil Nemət Kərimlinin saytımıza verdiyi xəbərə görə, o Əfqan Muxtarlı ilə görüşüb.
 
Nemət bəyin məlumatına görə, Əfqan bəy saxlanma şəraitindən narazılıq etməyib. Ancaq Əfqan bəyin səhhətində problemlər var.  Ürəyi ağrıyır, nəbzi sürətlə vurur, kardioloqa ehtiyacı var.
Xatırladaq ki, jurnalist Əfqan Muxtarlı mayın 29-u oturum izni aldığı Gürcüstanda qeyri-qanuni saxlanılaraq Azərbaycana gətirilib. Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib.
Ə.Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək və ya zor tətbiq etməkdə ittiham olunur.
Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.