Əfqan Muxtarlının şikayəti təmin edilmədi

Jurnalist Əfqan Muxtarlının barəsindəki həbs-qətimkan tədbirinin daha 2 ay uzadılması ilə bağlı Nəsimi rayon Məhkəməsinin qərarından verilən apelyasiya şikayətinə baxılıb.
 
Bakı Apelyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə baş tutan prosesdə Əfqan Muxtarlının şikayəti təmin edilməyib.
Qeyd edək ki, Əfqan Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 318-ci (Dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (Qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.