Əfqan Muxtarlının işi “Meydan TV” işinə birləşdirildi

Bu gün Bakı Apelyasiya Məhkəməsində jurnalist Əfqan Muxtarlınn barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə Nəsimi rayon Məhkəməsinin qərarından verilən apelyasiya şikayətə baxılıb.
 
Bu barədə Əfqan Muxtarlının vəkili Elçin Sadıqov məlumat verib.
Vəkil bildirib ki, məhkəmə apelyasiya şikayətini təmin etməyib.
Elçin Sadıqovun sözlərinə görə, Əfqan Muxtarlı barəsindəki cinayət işi “Meydan” TV ilə bağlı başlanılan cinayət işinə birləşdirilib.
İttihama görə, Əfqan Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 318-ci (Dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (Qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.