“Fövqəlnazir”in işçisi haqda ŞOK İDDİA – “Rəis gecə idarədə qumar oynadır, özü də “seka” yığır”

Baxış sayı:
26914

Ucar rayonu Qazyan kənd sakini Seyidov Sadiq Əhməd oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. S.Seyidov Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsini icra edən mayor Ramil Musayevdən şikayətçidir. Onun məktubunu olduğu kimi dərc edirik:
“Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsini icra edən mayor Ramil Musayev dövlət idarəsini qumarxanaya və pritona döndərib. Bu biabırçılığı yuxarı orqanlar bilsələr də, heç bir tədbir görmürlər.
Belə ki, Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsini icra edən Ramil Musayev pul alaraq gecə növbələrində dövlət idarəsində qumar oynayanlara şərait yaradır. Demək olar ki, Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsində hər gün qumar oynanılır. Ən biabırçı vəziyyət isə odur ki, Ramil Musayev özü şəxsən qumar oynanılan otaqda oturub seka pulu yığır.
Hətta Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinə kənar adamlar əxlaqsız qadınlar gətirib görüşürlər. Bu çirkin yaramaz işlərin müqabilində rəis əvəzi Ramil Musayevə pul verilir.
Bilinmir ki, Ramil Musayev burada qumarxana  və priton işlədir, yoxsa Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsini icra edir.
Hətta belə işlərlə məşğul olduğu üçün 2017-ci ilin dekabr ayında Ramil Musayevə şiddətli töhmət verilmişdir. O, bundan nəticə çıxarmaq əvəzinə, çirkin əməllərini daha da genişləndirmişdi.
Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsində özbaşınalıq, qanunsuzluqlar baş alıb gedir. İdarəyə məxsus avtomobilləri sudurqa xəstəliyi olan şəxslər idarə edirlər. Buna isə diqqət edilmir. Baxmayaraq ki, bu çox təhlükəli bir haldır. Avtomobili idarə edən zaman həmin əməkdaşın sudurqası tutarsa nəticədə qəza yaranar, insan ölümü baş verə bilər.
Ramil Musayevin bu vəzifəni icra etməyə nə əxlaqı, nə əməlləri, nə də təcrübəsi yol vermir. Buna görə də mən mətbuat vasitəsi ilə aidiyyatı mərkəzi orqan rəhbərlərindən xahiş edirəm ki, Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsində ciddi yoxlamalar aparıb, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, dövlət idarəsini qumarxanaya, pritona döndərmiş rəisi vəzifəsini icra edən Ramil Musayevin barəsində ciddi tədbirlər görəsiniz. Əks təqdirdə bu yaramazın qanunsuz əməlləri nəticəsində ağır fəlakətlər baş verəcək”.
 


Muxalifet.az
 
Redaksiyadan: İttihamlarla bağlı Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsini icra edən Ramil Musayevin mövqeyini dərc etməyə hazırıq.