​ “Formula-1”də qəza: liderlər yarışdan çıxdı

"Mercedes"-i təmsil edən “Formula-1” pilotları Niko Rosberq və Luis Hemilton İspaniya Qran-prisinin ilk mərhələsində bir-biriləri ilə toqquşmaları üzündən yarışı tərk ediblər.
Musavat.com xəbər verir ki, birinci döngədə Hemilton Rosberqi sağdan ötmək istəyib və trasdan çıxıb. O, idarəetməni tirərək komanda yoldaşına çırpılıb. Hər iki pilot distansiyadan çıxıb və maşınlara ciddi ziyan dəyib.
Qeyd edək ki, Rosberq əvvəlki mərhələlərdə bütün yarışlarda qalib gəlib. Hemilton bu mövsümdə Bəhreyn Qran-prisində üçüncü yeri tutub, Avstraliya və Rusiya Qran-prilərində isə ikinci olub.
Dörd mərhələdən sonra Risberq şəxsi hesabda 100 xalla liderdir. Heçilton isə 57 xalla ikincidir. Üçüncü yeri "Ferrari"-ni təmsil edəm finlandiyalı Kimi Raykkonnen tutur.