Forbes FETÖ-nu ifşa etdi

Baxış sayı:
274

ABŞ-dakı məktəblərdə 39 il ərzində ingilis dili müəllimliyi edən Peter Green, Forbes jurnalında dərc olunan məqaləsində, ABŞ-dakı müqaviləli məktəb sistemini tənqid edib.
 
 Müqaviləli məktəb sisteminin məktəbləri ticarətxanaya çevirdiyini bildirən Green, sistemin eləcə də bütün dünyadakı investor və kommersantlara ABŞ-ın təhsil sistemində söz sahibi olma hüququ tanıdığını vurğulayıb.
 
 XEYLİ FETÖ-çu BU MƏKTƏBLƏR VASİTƏSİLƏ ABŞ-a GİRDİ
 
 FETÖ-nun ABŞ-dakı müqaviləli məktəb şəbəkəsinə də toxunan Green, müqaviləli məktəblərin əcnəbilərin ABŞ-dakı təhsil sisteminə daxil olması üçün bir vasitə olduğunu bildirərək, "Bunun ən bariz nümunəsi sözdə Gülən müqaviləli məktəb zəncirləri olaraq anılan məktəblərdir. Bu zəncir böyük miqdarda Türk vətəndaşına müəllimlik məqsədilə ABŞ-a gəlməsi üçün H-1b (çalışma) vizası verilməsi məqsədilə istifadə edilib" deyə qeyd edib.
 
BEYİN YUMA MƏRKƏZİ!
 
 Green FETÖ-nun müqaviləli məktəblərində gizli qaranlıq işlərin getdiyinə dair iddialara işarə edərək, “Bu məktəblər Gülən ilə bağlı inşaat firmaları kimi, şəbəkələrə pul göndərməklə də ittiham olunur. Bəzi mühafizəkar təbəqədən tənqidçilər Gülən məktəblərinin beyin yuma mərkəzləri kimi istifadə edildiyindən narahatlıq edərkən, bəziləri də Gülən məktəblərinin ABŞ vətəndaşlarının verdiyi vergiləri sürgündəki bir hökuməti maliyyələşdirmək üçün istifadə etdiyini düşünür" deyə bildirib.
Green FETÖ məktəblərinin Amerikalı tələbələr üzərində mənfi təsirləri olduğundan narahatlıq duyduğunu bildirib.
 
140 MƏKTƏBİ VAR, DÖVLƏTDƏN İLLİK 500 MİLYON DOLLAR ALIR
 
 ABŞ-ın Pensilvaniya ştatında 1999-ci ildən bu yana yaşayan FETÖ başçısı Fətullah Gülən, ölkə daxilində 140 civarında müqaviləli məktəbi və bu məktəblər vasitəsilə dövlətdən aldığı ildə təxminən 500 milyon dollarlıq gəliri idarə edən adam olaraq tanınır. Sözügedən məktəblərdə hər il təxminən 60 minə yaxın tələbənin təhsil aldığı bildirilir.
Müxalifət.az