​"Fənərbaxça"nın yeni baş məşqçisi müəyyənləşdi

Baxış sayı:
355

Türkiyənin "Fənərbaxça" komandasının yeni baş məşqçisi müəyyənləşib.
Muxalifet.az xəbər verir ki, “sarı kanaryalar”a bundan sonra hollandiyalı mütəxəssis Ervin Kuman başçılıq edəcək.
57 yaşlı baş məşqçi cari mövsümün sonuna kimi “Fənərbaxça”da qalacaq. Əgər bu mövsüm komandanın Çempionlar Liqasında iştirakını təmin etsə, daha bir il Türkiyə klubunda qalacaq.