"Fənərbaxça"nın futbolçusu "Napoli"də - rəsmi

Baxış sayı:
3478

"Fənərbaxça"nın futbolçusu Elif Elmas "Napoli"yə transfer olunub. Qol.az-ın xəbərinə görə, bu barədə İstanbul klubunun saytı məlumat yayıb. 19 yaşlı yarımmüdafiəçinin tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayacağ bildirilib. Türkiyə mətbuatı bu transfer üçün İtaliya təmsilçisinin "Fənərbaxça"ya 16 milyon avro təzminat ödəyəcəyini yazıb.