Fənərbaxça"nın futbolçusu azarkeşlərə hücum çəkdi

“Gənclərbirliyi” ilə səfər matçında “Fənərbaxça”nın hücumçusu Emenike yenə özünü yaxşı tərəfdən göstərə bilməyib.

Nigeryalı forvardın oyunundan razı qalmayan fanatlar hava limanında komandanı qarşılayanda Emenikeyə qarşı üsyan ediblər.

“Sarı-lacivərdlilər”in məğlubiyyətini həzm etməyən azarkeşlər “Emenike oyna, artistlik eimə” şüarları səsləndirib.

Buna dözməyən futbolçu fanatların üzərinə hücum çəkəndə Egemen araya girərək hadisənin böyüməsinə mane olub.