​“Fənərbaxça”dan “Qarabağ”a dəstək – FOTO

Türkiyənin “Fənərbaxça” klubunun azarkeşləri Azərbaycanın “Qarabağ” klubuna öz dəstəyini bildiriblər. 
Muxalifet.az-ın xəbərinə görə, azarkeşlər Türkiyə Super Liqasının 10-cu turu çərçivəsində “Ülkər” stadionunda “Kayserispor” komandasına qarşı oyun zamanı tribunalarda “Qarabağ könlümüzdəsən” pankartını açıblar.
Xatırladaq ki, Türkiyənin “Sabah” qəzetinin köşə yazarı Mövlud Tezel Çempionlar Liqasının qrup mərhələsinin 3-cu tutu çərçivəsində Bakıda keçirilən “Qarabağ” – “Atletiko” oyununda azarkeşlərin hazırladığı plakatı təhqir edib. Bundan sonra, qardaş ölkənin əksər klublarının azarkeşləri Ağdam komandasına öz dəstəyinə bildirməyə başlayıblar.
Qeyd edək ki, hazırda davam edən “Fənrəbaxça” – “Kayserispor” matçında ilk hissədən sonra 1:1 hesablı bərabərlik davam edir.