​"Fənərbaxça"dan "Qalatasaray"a 50 milyon lirəlik DƏSTƏK

Baxış sayı:
2896

"Qalatasaray"ın prezidenti Mustafa Çingiz maraqlı açıqlaması ilə diqqəti çəkib.
Kllub rəhbəri "Fənərbaxça"nın bu qış onlara 50 milyon lirəlik dəstəyinin olduğunu bildirib:
"Ən çox Sərdar Əzizin transferində çətinlik çəkdik. Yusif qardaşım bu işdə çox yoruldu. Dəyərli rəqimiz bu transferdə vergilər daxil bizə 5,9 milyon avroluq dəstəyi təmin etdi. Böyük xərcdən qurtulduq. Bizim üçün ən çətini Sərdarın transfri idi. "Fənərbaxça" Tolqa Çiyərci ilə birlikdə bizi 50 milyon lirədən qurtardı".
"Türkiyədə ilk dəfə milyard lirə gəlir əldə edən klub olacağıq" deyə Mustafa Çingiz bildirib.
Qeyd edək ki, "Fənərbaxa" bu qış "Qalatasaray"dan Serdar Aziz və Tolqa Çiyərcini transfer edib. "Qalatasaray"ın bu futbolçulara ödəməli olduğu borcları və müqavilə müddətində verəcəyi maaşlar təxminən 50 milyon lirə (8,4 milyon avro) olub.