“Fənərbaxça”da daha bir alman futbolçu

Baxış sayı:
5077

Yeni mövsüm üçün heyətini genişləndirən “Fənərbaxça” daha bir futbolçunun keçidini rəsmiləşdirə bilər.

“Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, “sarı-göylər”in hazırki hədəfi “Şalke” klubunun formasını geyinən Yevhen Konoplyankadır. Artıq Bundesliqa təmsilçisi onunla yollarının ayırdığını rəsmən açıqlayıb. “Şalke”nin idman direktoru Yoken Skneyder də ulduz futbolçuyla bağlı yayılan xəbərləri verdiyi açıqlama ilə təsdiqləyib:

“Heyətimizdə yer alan Yevhen Konoplyanka başqa kluba transfer olmaq istəyini bizə söylədi”.

Futbolçunun yaxın günlərdə Türkiyəyə gələrək Super Liqa təmsilçisi ilə müqavilə imzalayacağı gözlənilir.

“Fənərbaxça” hücumçunu transfer etsə, bu onun yay transfer dönəmində Almaniya klublarından keçidini rəsmiləşdiridiyi ikinci futbolçu olacaq. Bundan əvvəl klub “Verder Bremen”dən Maks Kruseni öz rənglərinə bağlayıb.