“Fənərbaxça” Türkiyə kubokunun yarımfinalına yüksəldi

Baxış sayı:
4273

Türkiyə kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

Apasport.az saytının məlumatına görə, bu gün bir görüş keçirilib.

"Fənərbaxça" aşağı liqa təmsilçisi "Kırklarelispor"u qəbul edib. Cütün taleyini ilk matçda həll edən "sarı-lacivərdlilər" cavab oyununda da qələbə qazanaraq, yarımfinala yüksəliblər.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər oyunları fevralın 12-də və 13-də keçiriləcək. Yarımfinal mərhələsinin qarşılaşmaları isə martın 3-5-də və aprelin 21-23-də olacaq.

Türkiyə kuboku
1/4 final, cavab oyunu
11 fevral
"Fənərbaxça" - "Kırklarelispor" - 1:0
Mevlüt Erdinç, 50

İlk oyun - 3:0