​“Fənərbaxça” rüsvay oldu - Tarixi məğlubiyyət

Baxış sayı:
3778

Türkiyə nəhəngi “Fənərbaxça” klubu yoldaşlıq görüşündə aşağı liqa təmsilçisi “Boluspor”a 6-2 məğlub olub.
Muxalifet.az xəbər verir ki, “Boluspor”un heyətində Burak Asan, Andre Santos, Sefa Yılmaz, Cuido Koçer, Mutlu Gülər və Əmrə Gültəkin fərqlənib. “Fənər”in qollarını isə Atif Şeyşu və Fernandao vurub.
Türkiyə mediası bu nəticəni “Fənərbaxça” üçün “tarixi məğlubiyyət” kimi qiymətləndirib.