“Fənərbaxça” “Qalatasaray”ın sabiq futbolçusu ilə müqavilə bağlayıb

Baxış sayı:
598

Türkiyənin “Fənərbaxça” klubu heyətini gücləndirməkdə davam edir.

APA-nın məlumatına görə, “sarı-lacivərdlilər” Maks Kruse, Allahyar və Murat Sağlamın ardınca Qarri Rodriqeşi də rənglərinə bağlayıb.

Kabo-verdeli vinger Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubundan icarəyə götürülüb. Müqaviləyə əsasən o, növbəti 2 ildə “Fənərbaxça”nın uğurları üçün çalışacaq.

Qeyd edək ki, Rodriqeş 2017-2018-ci illərdə “Fənərbaxça”nın əzəli rəqibi “Qalatasaray”da da oynayıb. O, bu komandanın heyətində 61 matça çıxıb və 13 qol vurub.