​"Fənərbaxça"-"Beşiktaş" derbisi ilə bağlı QƏRAR VERİLDİ

Baxış sayı:
3613

Türkiyə Futbol Federasiyası aprelin 19-da "Şükrü Saracoğlu" stadionunda baş tutan və olaylar səbəbilə yarımçıq qalan "Fənərbaxça"-"Beşiktaş" derbisi ilə bağlı qərar verib.
Muxalifət.az xəbər verir ki, Türkiyə kuboku uğrunda cavab qarşılaşmasının 57-ci dəqiqəsində təxirə salınan matçın may ayının 3-də boş tribunalar önündə qaldığı yerdən davam etdirilməsi barədə qərar qəbul edilib.
Qeyd edək ki, Fənərbaxça-Beşiktaş oyunu 57-ci dəqiqədə yarımçıq qalmışdı. Bundan əvvəlki oyun isə 2:2 hesab ilə nəticələnmişdi.