"Fənərbağça"nın baş məşqçisi istefa verdi

Türkiyənin "Fənərbağça" klubunun baş məşqçisi Ersun Yanal istefaya gedib.

Bu qərar Superliqanın XXIII turunda "Qalatasaray"a ev məğlubiyyətindən sonra verilib.

Xatırladaq ki, "Qalatasaray" klubu 21 il sonra "Fənərbağça"ya səfərdə qalib gəlib. "Sarı-qırmızılar" "Şükrü Saracoğlu" stadionunda keçirilmiş qarşılaşmadan 3:1 hesablı qələbə ilə ayrılıblar.