​“Fənərbağça” “Qalatasaray”la bərabərləşdi

Baxış sayı:
1855

Aprelin 14-də futbol üzrə Türkiyə Superliqasının 29-cu turunda turnir cədvəlinin dördüncü sırasında qərarlaşan “Fənərbağça” səfərdə “Sivasspor” komandası ilə qarşılaşıb.
Muxalifet.az xəbər verir ki, oyunda çempionluğa iddialı komandalardan “Fənərbağça” rəqibinə 2:1 hesabı ilə qalib gəlib. Matçın 30-cü dəqiqəsində Aatif Şeyşu hesabı açıb – 1:0. Bundan üç dəqiqə sonra sivassporlu Karl Medyani topu öz qapısına vurub - 2:0. Əlavə edilmiş dəqiqələrdə isə qonaqların braziliyalı futbolçusu Robino hesab arasındakı fərqi azaldıb – 2:1.
Bu qələbədən sonra İstanbul təmsilçisi xallarının sayını 57-yə çatdırıb. “Fənərbağça” çempionatda bir oyun az keçirən “Qalatasaray”la xallarının sayını bərabərləşdirib və turnir cədvəlinin dördüncü pilləsindəki mövqeyini möhkəmləndirib.
Tur çərçivəsində bu gün keçirilmiş digər görüşdə “Kasimpaşa” komandası “Karabükspor”u 2:0 hesabı ilə məğlub edib. “Yeni Malatyaspor” – “Alanyaspor” matçı heç-heçə başa çatıb - 1:1.
XXIX turun ən maraqla gözlənilən qarşılaşması aprelin 15-də çempionluğa əsas namizədlərdən olan “Qalatasaray” və “Başakşəhər” klubları arasında keçiriləcək.
Hazırda hesabında 59 xal olan “Beşiktaş” turnir cədvəlində birinci pilləni tutur. Eyni xala malik olan “Başakşehir” ikinci yerdə qərarlaşıb. “Qalatasaray” və “Fənərbağça” 57 xalla üçüncü və dördüncü yerləri bölüşürlər. “Trabzonspor” 45 xalla beşinci pillədədir.