“Fələstinlilərin bütün haqları geri verilməlidir” – Nobel mükafatçısı

Baxış sayı:
5104

ABŞ-dakı Missuri Universitetindən professor George P. Smit, Nobel Mükafatları mərasimində iştirak etmək üçün gəldiyi İsveçin paytaxtı Stokholmda özlərini Fələstin məsələsinə həsr edən İsveçdəki bir qrup alimin yaratdığı Fələstinlilər Cəmiyyətinin dəvəti ilə konfransda çıxış edib.
Smit çıxışında, "İsrail beynəlxalq qanunları pozaraq Fələstin torpaqlarını işğal etməyə davam edir” deyib.
Bölgədə iki dövlətli həllin dəstəklənməsi lazım olduğunu qeyd edən Smit, "Fələstin və İsrail xalqları eyni hüquqlara malik olaraq iki dövlət şəklində o torpaqlarda bərabər şəkildə yaşamalıdır. Lakin İsrailin heç bir qaydanı tanımaması buna imkan vermir. Fələstinlilər işğal edilmiş torpaqlarına qayıtmalıdır və bütün haqları geri verilməlidir” deyə söyləyib.
İsrailin Qəzzada apardığı fəaliyyətlərin qəbul edilməz olduğunu dilə gətirən Smit, "İsrail yalnız Fələstin xalqına təzyiq göstərmir. İsrailin səhv siyasətlərindən narahat olan Yəhudilərə də təzyiq var. İsrailin bu zorakılıqlardan imtina etməsi lazımdır” deyib.
Müxalifət.az