Fələstinlilər Məscid-i Aksa-da keşik çəkirlər

Baxış sayı:
5617

 İsrail polisinin bazar günü Məscid-iAksa-nın Rəhmət Qapısına enən pilləkəmlərin başındakı qapını zəncirləməsindən sonra Fələstinlilər də Hərəmi Şərifdə keşik çəkirlər.
 
Rəhmət Qapısı yaxınlığında toplaşan çox sayda Fələstinli burada gecə (işa) namazını əda edib. Gənclərin çoxluq təşkil etdiyi qrup namazdan sonra marşlar oxuyaraq Məscid-i Aksa-dakı növbələrinə davam edib.
Qeyd edək ki, İsrail polisi dünən keşik çəkən Fələstinlilərə hücum edərək bir çox adamı yaralamış, 19 nəfəri isə nəzarətə almışdı.
İşğal altındakı Şərqi Qüdsdə olan Məscid-i Aksa Müsəlmanların ilk qibləsi olma xüsusiyyətini daşıyır.
Müxalifət.az