Fələstinli döyüşçülər İsraili “Eurovision”la hədələdilər

Baxış sayı:
1906

Fələstinli döyüşçülər “Eurovision” beynəlxalq mahnı müsabiqəsinin keçirilməsinin qarşısını alacaqlarını bəyan ediblər.

Bu barədə The Times of Israel nəşri məlumat yayıb.

Fələstinli döyüşçülərin bəyanatında bildirilir ki, məqsəd düşmənə mane olmaqdır. Onlar Fələstinə ziyan vermək məqsədi daşıyan tədbirlərin keçirilməsinə mane olmağı planlaşdırdıqlarını bildiriblər.

Mahnı müsabiqəsi 10 gün sonra İsraildə start götürəcək.