Fələstində dirəniş başlayır: SABAH “QƏZƏB CÜMƏSİ” ELAN OLUNDU

Baxış sayı:
2374

Trampın “Qüds” qərarına "ABŞ cəhənnəmin qapılarını açdı" - deyə təpki  göstərən “Həmas”, cümə gününü "Qəzəb Cüməsi" elan edərək bütün Fələstinlilərə "Qüdsə dəstək" üçün toplanmağa çağırıb.
 
Fələstin İslami Müqavimət Hərəkatı “Həmas”, ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə daşıma və Qüdsü İsrailin paytaxtı olaraq tanıma qərarına qarşı Fələstinlilərə cümə gününü "Qəzəb Cüməsi" elan edərək, "Qüdsə dəstək" üçün toplanmağa çağırıb. “Həmas”ın açıqlamasında Qüdsün Fələstin xalqının qırmızı xətti olduğu vurğulamaqla, ABŞ-ın qərarının rədd edildiyi qeyd edilib. “Həmas”ın siyasi bürosunun sədri İsmayıl Həniyə də, İslam dünyası və Ərəb ölkələrinə müraciət edərək, üzərlərinə düşən tarixi məsuliyyəti yerinə yetirmək və İsrail tərəfdarı ABŞ rəhbərliyinə qarşı tək ürək olmağa çağırıb. “Qəzəb Cüməsi”  günü dünyada mövcud olan ABŞ səfirlikləri və konsulluqları qarşısında geniş miqyaslı etiraz aksiyalarının keçiriləcəyi bildirilir.
 
TRAMPIN PORTRETLƏRİ YANDIRILIB
 
ABŞ-ın qərarına qarşı Fələstin xalqı küçələrə tökülüb. Qəzza zolağındakı Fələstinli qrupların çağırışı ilə keçirilən aksiyaya yüzlərlə insan qoşulub. ABŞ və İsrail bayraqlarının yandırıldığı nümayişdə Fələstin bayraqları və ABŞ-ın Qüds qərarına etiraz etdiklərini ifadə edən plakatların olduğu bildirilib. Beytüllahimde keçirilən etirazlarda da ABŞ və Trump portretləri yandırılıb. Nümayişçilər, "Amerika ilanın başıdır, Fələstin xalqı təslim olmayacaq" şəklində şüarlar səsləndiriblər.
Müxalifət.az