Fələstin Vaşinqtondakı səfirini geri çağırdı

Baxış sayı:
4264

Fələstin ABŞ-dakı səfirini geri çağırıb.
“RİA Novosti” xəbər verir ki, bu barədə Fələstin XİN-i bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, bu addım ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsinə cavab olaraq atılıb.
Qeyd edək ki, Türkiyə ötən gün analoji addım atıb. Həmçinin Türkiyənin İsraildəki səfiri də geri çağırılıb.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İsraili terrorçu ölkə, fələstinlilərə qarşı əməllərini isə soyqırımı adlandırıb. Qəza zolağında İsrail hərbçiləri ilə toqquşmalarda ölənlərin xatirəsinə Türkiyə və Fələstində üçgünlük matəm elan edilib.