Fələstin rəhbəri: Qüds satılmır!

Baxış sayı:
1771

Fələstin rəhbəri Mahmud Abbas ABŞ-ın Yaxın Şərq üzrə nizamasalma planını sui-qəsd adlandırıb. 

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə o, Fələstin Televiziyasının birbaşa yayımında çıxış edərkən bildirib. 

“Qüds satılmır və sizin sui-qəsdiniz keçməyəcək. Biz Fələstin xalqının tarixi haqlarına məhəl qoymamağa imkan verməyəcəyik, biz paytaxtı Qüds olan Fələstin dövlətinə sadiqik”, - o deyib.