Fələstinə Qüdsün əvəzində başqa paytaxt təklif edilir

Baxış sayı:
5215

ABŞ prezidenti Trampın əmri ilə hazırlanan 'Əsrin Müqaviləsi”nə görə, Fələstinə paytaxt Qüds şəhərinin əvəzində Abi Dis şəhəri təklif ediləcək.
 
İsrailin məqsədlərinə xidmət edən "Əsrin Müqaviləsi”nin yaxın günlərdə açıqlanması gözlənilir. ABŞ prezidenti Donald Trampın ətrafındakı evangelik qrupun hazırladığı müqavilə bir-birindən təhlükəli maddələr ehtiva edir. Söz mövzusu plana dair beynəlxalq mediaya sızan məlumatlara görə, Fələstinin iddiası tam mənasıyla zərərsizləşdirilmək istənilir.
 
Qüdsün əvəzində Abi Dis
 
ABŞ prezidenti Donald Trampın əmri ilə Trampın kürəkəni və məsləhətçisi Yəhudi Jared Kuşner və Trampın Beynəlxalq Müzakirələr Xüsusi Nümayəndəsi Jason Greenblattın liderliyində hazırlanan planda, Fələstinə bir paytaxt sırınması yer alır.
“Milli Qəzet”in xəbərinə görə, 'Əsrin Razılaşması' ilə birlikdə çəkilmək istənən xəritədə Qüds Sionist İsrail rejiminin paytaxtı olacaq. Qüdsün İsrailin paytaxtı olaraq tanınması qarşılığında Fələstinə Abi Dis adı verilən yerdə bir paytaxt şəhər yaradılacaq.
Beynəlxalq medianın qeyd etdiyinə görə, ötən günlərdə açıqlama verən üst səviyyə İsrailli rəsmi mənbə Qüdsün qarşılığında Abi Dis-in Fələstinə paytaxt şəhər olaraq verilmək istəndiyini ifadə edib.
Şərq Qüdsün 4 km uzaqlığında yer alan Abi Dis hal-hazırda İsrailin işğalı altındadır.
 
Fələstinli aktyorlar planı rədd edir
 
Fələstinli aktyorlar ABŞ tərəfindən hazırlanan və yaxın günlərdə ictimaiyyətə açıqlanacağı ifadə edilən "Əsrin Razılaşması"na münasibətdə ortaq mövqedən çıxış edirlər. Mahmud Abbas rəhbərliyi ‘Əsrin Razılaşması”na qarşı çıxdığını açıqlayarkən, Fələstin müqaviməti də planın qəbul edilnəyəcəyini dilə gətirir.
Müxalifət.az