Fələstin prezidenti xəstəxanaya yerləşdirildi

Fələstin Prezidenti Mahmud Abbas müayinə olunmaq üçün xəstəxanaya aparılıb.
 
Bu barədə “Asoşeyted Press” informasiya yayıb.
Prezidentin Ramallahdakı xəstəxanalardan birinə yerləşdirildiyi bildirilib. 82 yaşlı liderin müayinəsinin bir neçə saat çəkəcəyi gözlənilir.
Xatırladaq ki, ötən il Fələstin Prezidenti Mahmud Abbas ürəklə bağlı problemləri olduğu üçün xəstəxanaya yerləşdirilmişdi.