Fələstin liderindən Amerikaya mesaj!

Baxış sayı:
8443

ABŞ prezidenti Donald Trampın kürəkəni və baş məsləhətçisi Jared Kuşnerə hazırlatdığı "Əsrin Razılaşması" sözdə sülh planının iqtisadi ayağını meydana gətirən Bəhreyn İqtisadi Forumuna Fələstinin təpkisi səngimir.
 
ABŞ-ın Bəhreynin paytaxtı Manamada təşkil etdiyi forumun Fələstinin boykotu səbəbiylə uğursuz olduğunu ifadə edən dövlət başçısı Mahmud Abbas, Fələstinin qəbul etmədiyi, ya da qatılmadığı hər hansı bir plan, yaxud razılaşmanın uğurlu ola bilməyəcəyini söyləyib. Fələstin məsələsində əvvəlcə siyasi həllin gəldiyini, iqtisadi mövzuların ikinci planda olduğunu ifadə edən Abbas, "Fələstinlilərin bu an iqtisadiyyata deyil, şərəf, təhlükəsizlik və dövlətə ehtiyacları var. Amerika bizi iqtisadiyyat və pul yalanıyla aldada bilməz" deyib.
 
İsraillə normal münasibətlər səhvdir
 
Abbas İsraillə əlaqədə olan ərəb ölkələrinə, "Fələstin məsələsinin həllindən əvvəl ərəb ölkələrinin İsraillə girişəcəyi hər hansı bir normallaşma prosesi siyasi bir səhvdir" deyib.
Paytaxtı Şərq Qüds olmaqla, 1967 sərhədlərində müstəqil bir dövlət və Fələstinli mühacirlərin torpaqlarına dönə bilməsi xaricində başqa bir şey istəmədiklərini qeyd edən Abbas, belə davam edib: "Fərdi və birtərəfli qərarların tətbiqini qəbul etmərik. Əgər (İsrail və ABŞ) bir şeyi zorla tətbiq etmək istəsə, Allah və xalqımız bizimlə birlikdədir. Çünki biz haqlıyıq, bu da yetərlidir".
 "Əsrin Razılaşması" planını qəbul etmədiklərini təkrarlayan Abbas, "Qüdsü İsrailin paytaxtı olaraq tanımasından və Fələstinli mühacirlər və sərhəd məsələlərinin masadan qaldırmasından sonra Trampdan nə gözləyə bilərik" deyə bildirib.
Abbas ABŞ-ın iki dövlətli həlli, Qüdsün işğal altında olduğunu və beynəlxalq hökuməti qəbul etdiyi günün səhərisi Ağ Evdə olacağını da söyləyərək Vaşinqtona qapıları açıq buraxdığını da ifadə edib.
Müxalifət.az