Fələstin lideri son 5 gündə 3 DƏFƏ XƏSTƏXANAYA QALDIRILDI

Baxış sayı:
6922

Fələstinin dövlət başçısı Mahmud Abbasın bazar günü Qərbi Şeriadakı xəstəxanaya qaldırıldığı bildirilib. Abbasın vəziyyəti haqqında isə Fələstinli rəsmiləri və həkimlər məlumat verib.
 
82 yaşlı Abbas, son 5 gündə üç dəfə xəstəxanaya qaldırılıb. Ötən həftə çərşənbə axşamı qulağından kiçik bir əməliyyat olunduğu bildirilən Mahmud Abbasın yenidən bazar günü gecə Ramallahdakı Al-Istishari Hospitalında qaldığı “Wafa” İnformasiya Agentliyi tərəfindən qeyd olunub.
Abbasın həkimləri tərəfindən bəzi "tibbi testlər" üçün Fislistinli liderin bazar günü yenidən xəstəxanaya qaldırıldığı bildirilib.
 
ORTA QULAQ ƏMƏLİYYATI
 
Özəl xəstəxananın rəhbəri doktor Saed al-Sarahneh gecə açıqlama verərək "Abbasın üç gün əvvəl orta qulaqdan keçirdiyi əməliyyat dan sonra bazar günü erkən saatda xəstəxanaya daxil olduğunu və bütün testlərin normal çıxdığını, sağlıq vəziyyətinin isə etimad verici olduğunu" bildirib.
Fələstin Qurtuluş Təşkilatının twitter hesabından Abbasın səhhətinin yaxşı vəziyyətdə olduğu və bazar ertəsi, ya da çərşənbə günü xəstəxanadan çıxacağı bildirilib.
Müxalifət.az