Flippin lideri Trampa mahnı oxudu - FOTO

ABŞ prezidenti Donald Tramp ölkənin sabiq prezidenti Barak Obamanı təhqir edən flippinli həmkarı ilə ilk dəfə bir araya gəlib.
Muxalifət.az xəbər verir ki, Filippin prezidenti Rodriqo Duterte ilə Vyetnamda keçirilən Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində ilk dəfə bir araya gələn Donald Trampın həmkarı ilə qucaqlaşması diqqət çəkib.
Dutertenin Trampın şərəfinə "Sən" adlı mahnı ifa etməsinin ardından, liderlər arasında "isti və səmimi" söhbət davam edib.
Dutertenin sözçüsü Harri Roque görüşlə bağlı bildirib ki, liderlər ilk görüşdən məmnun qalıblar:" Ümumiyyətlə prezidentlərin bir-birləriylə tanışlığı çox gözəl keçdi. Qısa olsa da, isti və səmimi toplantı olub."
Dutertenin katibi Kristofer Qo görüşdə çəkilən şəkillərdən birini özünün tviter səhifəsində paylaşıb. Avstraliyanın baş naziri Malcolm Turnbullun da olduğu şəkildə Trapm və Dutertenin bir arada səmimi söhbət etdiyi görüntülər geniş müzakirə olunub.