​Əflatun Amaşov dövlətdən 1 milyon istədi

Azərbaycanda mətbuata ayrılan vəsait qonşu ölkələrlə müqayisədə olduqca aşağıdır. İnformasiya siyasəti sahəsinə büdcədən ayrılan vəsait artırılmalıdır.
Report xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.
O bildirib ki, onlayn mediaya sistemli şəkildə dövlət vəsaiti ayrılmalıdır:
"Xaricdən olan informasiya təzyiqləri ilə əsasən onlayn media mübarizə aparır. Bu sahəyə sistemli dövlət vəsaiti ayrılmalıdır. Ən azından il ərzində 1 milyon manat ayıra bilsək, tezliklə bunun nəticələrini görərik".