​“Fitch”: "Rusiya iqtisadiyyatı ABŞ-ın yeni sanksiyalarının öhdəsindən gələ bilib"

Baxış sayı:
1549

Rusiya iqtisadiyyatı ABŞ-ın yeni sanksiyalarının öhdəsindən gələ bilib.
Muxalifet.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Fitch” Beynəlxalq Reytinq Agentliyi məlumat yayıb.
Belə ki, “Fitch” Rusiyanın reytinqini “BBB-” səviyyəsində, müsbət proqnozlaşdırıb. Amma ekspertlər əvvəllər məhdudlaşdırıcı tədbirlərin Rusiya iqtisadiyyatında qeyri-sabitliyə gətirib çıxardığını bildirirdilər.
Həmçinin, “Fitch” Beynəlxalq Reytinq Agentliyi Rusiya ÜDM-nin böyüməsinin ilin sonuna kimi 1,8 % olacağını ehtimal edir.
Xatırladaq ki, bu ilin aprelindən ABŞ Rusiyaya qarşı növbəti sanksiyalar tətbiq edib.