Finlər niyə çox danışmırlar: BOŞ SÖHBƏT ETMƏYİ SEVMİRLƏR, YOXSA...?

Baxış sayı:
4930

Ən yaxın dostum Hanna ilə Helsinkiyə ilk səfərimdə tanış olmuşdum. Şəhərdə heç bir tanışım yox idi və söhbət etmək üçün bir dosta ehtiyacım var idi. Adi bir kafedə başlayan görüşümüz bir neçə saat davam etmişdi.

Bəzi dostluqlarda siyasət, din, seks və həyat barəsində uzun-uzadı söhbətlərə keçmək üçün bir-birini yaxşı tanımaq lazım gəlir. Biz isə sadalanan bütün mövzuların müzakirəsini bir neçə saata sığdıra bilmişdik.

Cəmi bir il sonra isə onun toyunda gəlinin ən yaxın rəfiqəsi qismində çıxış edirdim.

"Laura," necə bu qədər az müddətdə yaxın dost ola bildiyimiz barədə ona verdiyim suala cavab verərkən demişdi, "finlər boş söhbət etməyi sevmirlər."

Amma bir şeyi vurğulamağı unutmuşdu. Belə ki, finlər müzakirə üçün mühüm mövzu olmadıqda söhbət etməyə ehtiyac duymurlar. Onların bir milli məsəlində deyildiyi kimi, "Danışmaq gümüşdürsə, susmaq qızıldır".

Yaxın dostlar arasında sosial vəziyyətlərin müzakirəsindən əlavə xırda söhbətlər, ümumiyyətlə, mövcud deyil.

Bəs qəhvə sifariş verərkən barista ilə söhbət? Sifariş edəcəyin qəhvənin adını söyləmək qədər qısa və lakonik.

Yad birinin diqqətini cəlb etmək üçün oturmaq, yerimək və ya ayaq üstə durmaq kimi müxtəlif hərəkətlər necə? Heç vaxt görə bilməzsən.

Əgər xaricisənsə, təbriklər! Onların adətən sükuta qərq olan ictimai nəqliyyatında yəqin ki, ən səs-küylü sərnişin sən olacaqsan.

Ölkədə saunaların sayı iki milyona yaxındır və insanlar ondan tamamilə çılpaq şəkildə həzz alırlar (adətən qadın və kişilər üçün ayrı olur). Və finlər üçün bu problem deyil. Əksinə daha səmimi və yaxın olurlar. Amma elə ki, paltarlar geyinilir, vəziyyət əvvəlki soyuq halına qayıdır.

Finlərin milli məsəllərindən birində deyilir ki, danışmaq gümüşdürsə, susmaq qızıldırFinlərin milli məsəllərindən birində deyilir ki, danışmaq gümüşdürsə, susmaq qızıldır

Finlər adətən bizim mədəniyyətlərə hopan bəzi söhbət vərdişlərindən uzaq dururlar və xarici həmkarları, turistlər və dostları ilə görüşmək ehtiyacı hiss etmirlər.

Lapland regionunun Sodankyla qəsəbəsindən keçmiş ingilis dili müəlliməsi Tiina Latvala izah edir ki, işinin bir hissəsi də gənc tələbələrinə kiçik söhbət anlayışını öyrətmək olub.

"Məsələn, ilk tanışlıq kimi dərslərimiz olurdu," Latvala deyir.

"Sinifdə qəhvəxanada və ya avtobusda heç tanımadığın biri ilə söhbət etmək tapşırığı verirdim. Mövzu tapmaqda çətinlik çəkməsinlər deyə lövhəyə mövzular da yazırdım. Adətən şagirdlərə müzakirə-söhbət çox çətin gəlirdi."

Helsinkidə təhsil alan 18 yaşlı tələbə Alina Jefremoff da oxşar formatlı dərsləri xatırlayır.

Televiziya və filmlər sayəsində (demək olar ki, əksəriyyəti ingiliscə verilir) o, başqa kommunikasiya bacarıqları haqqında anlayışa yiyələnib. Hətta indinin özündə belə, onlara bənzəri ev tapşırıqları verilir.

"Onlar adətən sadə söhbətdən ibarət olurdular," o izah edir.

"Cavabları adi olan suallar verilirdi. Bizə, 'Mən yaxşıyam, sən necəsən?'; 'Anan necədir?' kimi suallara cavab vermək öyrədilirdi. Söhbətə etməyin yolu aydındır, sanki heç bilmirdik. Çox qəribə olurdu bu söhbətlər... sanki sualların müəyyən cavabları var idi."

Finlərin sauna mədəniyyəti onların səmimi ola bildiyini göstərir. Amma elə ki, paltarlar geyinilir, vəziyyət əvvəlki soyuq halına qayıdırFinlərin sauna mədəniyyəti onların səmimi ola bildiyini göstərir. Amma elə ki, paltarlar geyinilir, vəziyyət əvvəlki soyuq halına qayıdır

Fin cəmiyyətinin daha istiqanlı görmək haqqında suala Jefremoff gülməli bir hərəkəti misal çəkərək cavab verdi. Məsələn, metroda kitabları əlindən yerə atdıqda o, insanların bu vəziyyətin gülməli olduğunu qəbul edib, gülümsəməsi və ya bir söz deməsini arzulayır.

Tanımadığın insanlarla sosial əlaqə qurmaq bəs necə? Onlara bu öyrədilməyib.

Fin mədəniyyətinin sükunət sevgisi barədə suallara cavablardan daha çox fərziyyələr mövcuddur.

Latvala inanır ki, burada fin dilinin mürəkkəbliyi və şəhərlər arasındakı uzun məsafələr rol oynayır (Latvala ikinci fərziyyəsini belə əsaslandırır: Kimisə görmək üçün uzun məsafə qət etmisənsə, məqsədinə köklənmək lazımdır. Başqa şeylər üçün vaxt itirməyə nə hacət?)

Lakin Helsinki Universitetində Avropa tarixindən dərs deyən professor Laura Kolbe məsələyə müqayisəli obyektivdən baxır.

O deyir ki, finlər sakitçilikləri və ya xırda söhbət çatışmazlığını neqativ qiymətləndirmirlər. Əksinə, hər bir mədəniyyət digərlərini sosial normaları əsasında mühakimə edir. Buna görə də emosional millətlər arasında səssiz finlər stereotipi geniş yayılıb.

"Səssizlik ideyası daha çox finlərin yaxın qonşuları arasında hökm sürür," o izah edir.

"Misal üçün, əvvəllər isveç-alman dilli insanlar Finlandiyaya gələndə finləri sakit vətəndaşlar kimi görür, isveçcə və ya almanca niyə danışmadıqları və qonaqları arasında niyə sakit qaldıqlarını düşünürdülər."

Təsadüfi söhbətdən yayınmaq finlər üçün hörmətlə bağlı bir şeydirTəsadüfi söhbətdən yayınmaq finlər üçün hörmətlə bağlı bir şeydir

Bu heç də bacarıqlar çatışmazlığından asılı deyil. Çünki Finlandiyanın iki dili var - fin və isveç - və finlər ingilis dili dərslərinə altı və ya yeddi yaşında başlayırlar.

Özlərini ifadə etmək üçün ikinci (və ya üçüncü) dil seçimi ilə qarşı-qarşıya qalan zaman onlar yanlış anlaşılmamaq naminə sakitliyə üstünlük verirlər. Lakin öz aralarında sükut rahat bir söhbətin davamı funksiyasını yerinə yetirir.

Oulu Universitetindən tədqiqatçı doktor Anna Vatanen də bu ideyanı dəstəkləyir. 'Söhbətlərdə səhvlər və Səssiz fincə stereotipi' adlı növbəti tədqiqatı ilə o, öz yaxınları arasında finlərin rahat sükut vasitəsilə əlaqə qurduğunu düşünür.

Xaricilərin sadə fin dili stereotipi mühakiməsi barədə isə o, tərcümədə bəzi nüansların itdiyini deyir.

"Məsələ dilin strukturu və ya xüsusiyyətlərində yox, insanların dildən hansı vasitə ilə istifadə etdiyindədir," o, e-mailində izah edir.

"Məsələn, 'necəsən?' sualı çox vaxt söhbətin əvvəlində verilir. İngilisdilli ölkələrdə bu sualdan adətən salamlaşma vasitəsi kimi istifadə olunur və cavab verilməsə də olur. Sualın fincə qarşılığına (Mita kuuluu?) isə mütləq cavab verilməlidir. Və adətən sualı cavablayan şəxs həyatındakı vəziyyət, dəyişiklər və sair haqqında ətraflı məlumat verir."

Bir-birini tanıyan finlərin arasında sükut rahat bir söhbətin davamı funksiyasını yerinə yetirirBir-birini tanıyan finlərin arasında sükut rahat bir söhbətin davamı funksiyasını yerinə yetirir

Həyatın ən həlim anları ilə başa çıxmağa çalışan orta-statisik bir findən söz açan Fin Qarabasmaları adlı kitabın və onlayn komik seriyaların müəllifi Karoliina Korhonenə görə, finlər üçün təsadüfi söhbətdən yayınmaq hörmət ilə bağlıdır.

Kimisə narahat etmək riskinə girməyə nə ehtiyac var ki?

"Mən, finlərin şəxsi rahatlığa qiymət verməsi düşüncəsini bəyənirəm," o qeyd edir.

"Tanımadığın şəxsi narahat etmək lazım deyil. Onlar dərin bir düşüncəyə dalmış, daxili aləmləri ilə baş-başa vaxt keçirməyə çalışan və ya yad birinin onları narahat etməsini istəməyən bir vəziyyətdə ola bilərlər. Qarşıdakı tərəfin özün qədər açıq olduğunu gördüyün zaman söhbət etməyə dəyər. Amma çox vaxt insanlar nəzakətli davranır və məsafə saxlayırlar."

Lakin onların qaçmaq meyli o dərəcədə ümumi bir haldır ki, artıq fin mədəniyyətinə hopub.

Formula One sürücüsü Kimi Raikkönen sükutu ilə ikonik bir imic yaradıb.

Komiklərdə finlərin qısa söhbət bacarıqsızlığı rutinlərinin bir hissəsi kimi göstərilir.

Artıq bu anlayış beynəlxalq səviyyədə də daha geniş yayılıb: Korhonen-in işlərinin məşhurluğu nəticəsində sosial əlaqələri xoşlamayan yeniyetmələr özlərini "mənən fin" adlandırırlar.

Finlər düşünürlər ki, müzakirə üçün mühüm mövzu yoxdursa, əlavə söhbət də ehtiyac yoxdurFinlər düşünürlər ki, müzakirə üçün mühüm mövzu yoxdursa, əlavə söhbət də ehtiyac yoxdur

Bəzi hallarda isə fin cəmiyyətində daha açıq olmaq trendinin inkişafı gözə çarpır. Lakin bu, bir az ləng gedir.

Finlandiya şokolad şirkəti Goodio-nun baş əməliyyat direktoru Jussi Salonen iki ildir Los Angeles-də yaşayır və onda vətənində ABŞ-ın açıq ruhunu görmək istəyi baş qaldırıb.

"Finlandiyaya qayıdan zaman qəhvəxanada qəhvə sifariş verəndə özümü təhqir olunmuş kimi hiss etdim," o xatırlayır.

"Sadəcə olaraq 'nə istəyirsən?' sualı verildi. Necə belə danışa bilərsən? Sifarişi götürməmişdən qabaq başqa bir söz deməyəcəksənmi? Ah, hə. Vətəndəyəm axı. Burada işlər belə gedir. Məncə, bir az münasibət və ya kiçik söhbət heç kimə ziyan verməz."

Finlərin məxfiliyə hörmət əsasında dünyanın digər millətləri ilə ortaq dili tapacağı ideyası ümidli səslənir.

Hələliksə Finlandiya dünyanın ən maraqlı sosial dixotomiyası ilə haçalanan ölkəsi kimi qalmaqdadır.

Küçədə gördüyün hər kəslə söhbət etmək doğru deyil əlbəttə ki. Ancaq şanslısınızsa, bəzən yad doğmaya çevrilə bilər.

Laura Studarus,
BBC Travel