Financial Times: PYD-Əsəd müqaviləsində İranın ROLU OLA BİLƏR

Baxış sayı:
6571

“Financial Times” qəzeti, dünən Afrin girməyə çalışan Əsəd tərəfdarı olan qüvvələri ekspertlərin İran dəstəkli Şiə milis qüvvələri adlandırması PYD-Əsəd müqaviləsində İranın rolu ola biləcəyini yazıb.
 
Bir müddətdir gündəmdə saxlanılan “Əsəd rejimi PYD-yə dəstək üçün Afrinə girəcək” təbliğatından sonra dünən gecə bir qrup Əsəd tərəfdarı olan İran dəstəkli Şiə milis gücü Afrinə doğru yol çıxıb. Konvoyun bir qismi irəliləsə də, digər qismi Afrin sərhədindən geri qayıdıb. İrəliləyən Şiə milislərinə TSQ pilotsuz SİHA-larlaI havadan müdaxilə edib.
 
“FINANCIAL TIMES”: İRANIN ROLU OLA BİLƏR
 
“Financial Times” qəzeti məsələ ilə bağlı verdiyi yazıda Əsəd tərəfdarı güclərin Afrinə girməyə çalışdığını və Türkiyənin bu gücləri vurduğunu qeyd edib. Ekspertlərin Afrinə girməyə çalışan qrupu İran dəstəkli Şiə milis qüvvələri adlandırması PYD-Əsəd müqaviləsində İranın rolu ola biləcəyini ortaya çıxarıb.
Xəbərdə "Bu da Suriya rejimi və YPG arasındakı müqavilənin Rusiyanın deyil, regional bir güc olan İranın himayəsi altında aparıldığına işarə ola bilər" deyilib.
Son həftələrdə "Suriyadakı vətəndaş müharibəsinin mərkəzindəki mübarizələrin təhlükəli beynəlxalq güc oyunları ilə daha da mürəkkəbləşdiyini" yazan qəzet, "buna Suriyadakı İrana aid hədəflər vurulduqdan sonra düşürülən İsrail təyyarəsinin də daxil olduğunu" söyləyib və belə davam edib;
“Suriyadakı münaqişə Bəşər Əsəd hakimiyyətinə qarşı xalq üsyanı kimi başlayıb və yaratdığı xaosda həm Kürdlərə, həm də IŞİD kimi cihadçı qruplara ərazi təmin edən, qarmaqarışıq, çox tərəfli bir müharibəyə çevrilib. Beynəlxalq müdaxilələr də münaqişənin mürəkkəbliyini artırıb. ABŞ rəhbərliyindəki koalisiya, IŞİD-ə qarşı YPG və müttəfiqlərini dəstəkləyir. Bu da praktikada, Afrində iki ABŞ müttəfiqinin qarşı-qarşıya gəlməsi deməkdir".
 
 TIMES QƏZETİ
 
 Mövzu ilə bağlı xəbər yazısına "Türkiyə ilk dəfə rejimlə toqquşdu" başlığını atan “Times” da bənzər bir şərh verib və "Türkiyə və rejim arasındakı qarşıdurmalarda hər hansı bir yüksəliş müharibəni daha da mürəkkəbləşdirəcək" – deyə, qeyd edib.
Müxalifət.az