“Financial Times”-dan təəccüblü mövqe: “Ərdoğan Qərblə əlaqələrini yenidən yoluna qoya bilər”

Baxış sayı:
1354

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğana yönəlik davamlı düşməncə mövqe ortaya qoyan İngilis “Financial Times”, bu dəfə ki, yazısı ilə adamları çaşdırıb. Qəzet əvvəlkilərin əksinə, bu səfər mülayim bir dillə prezident Ərdoğanın Türkiyə və Qərb əlaqələriniyenidən yoluna qoya biləcəyini yazıb.
 
Qəzetin iddiasına görə, Ərdoğanın yanlış iddialarına baxmayaraq iqtisadi cəhətdən hələ də ən yaxşı fürsəti Qərb təqdim edir. Qəzetin yazdığına görə, keçən ilki iqtisadi böhran dövründə Türkiyə yardım üçün üzünü Çin, Qətər və Rusiyaya çevirsə də, önəmli bir cavab ala bilmədi.
AB-nin Türkiyənin ən böyük ticarət ortağı olduğunu yazan qəzet, Türk təhvil və hisse bazarına pul qoyan idarəçilərin London, Frankfurt və New York kimi şəhərlərdə yerləşdiyini qeyd edib. Ərdoğanın tənqidləri iqtisadi reallıqları dəyişə bilməz.
31 martdan sonra Ərdoğanın qarşısında seçkisiz dörd il olacaq. Bu isə həm iqtisadi, həm də xarici siyasətdə əlaqələrin yenidən qurulmasına imkan yaradır" deyə qəzet yazıb.
Qəzetdə Türkiyənin Qərb ilə əlaqələrində, "ana maneənin S-400 raketdən müdafiəetmə sistemi"nin olduğu bildirilir:
"Ərdoğan demokratik islahatçıya çevrilməyəcək, ancaq onun ölkəsinin Qərblə münasibətlərini bərpa etmək şansı var.
İran, İraq və Suriyaya sərhədi olan bir NATO üzvü olaraq Türkiyə, həm ABŞ, həm də AB üçün strateji baxımdan mühüm bir ortaqdır. Həm Washington, həm də Avropa paytaxtlarında oturanlar Türkiyənin demokratiyadan uzaqlaşmasını göz ardı etmə, ticarət, qaçqınlar və terrorla mübarizə mövzusuna diqqət etmək niyyətlərini göstərdi.
Buradakı ən əhəmiyyətli maneə S-400 olmaqda davam edir. Ərdoğan dəfələrlə geri addım atmayacağını söylədi və qayğılarını prezident Donald Trampın anladığını qarşıya qoydu.
Bununla birlikdə, vurulan Rus reaktivi və ABŞ-lı keşiş kimi mövzularda keçmişdə “U” dönüşü etdiyi də oldu.
Ərdoğanın əlaqələri bərpa və yenidən inşa etməyə gücü var. Hadisəyə daxil olan bütün tərəflərin yaxşılığı üçün bu yanaşmanı mənimsədiyini göstərməlidir".
Müxalifət.az