Filippində 85 qız arasından 21 yaşlı Nellis dünya gözəli seçildi - FOTO

Baxış sayı:
537

Filippinin paytaxtı Manilada keçirilən "Miss Yer Kürəsi-2019” müsabiqəsinin qalibi müəyyənləşib.
"Qaynarinfo" xəbər verir ki, 85 qızın iştirak etdiyi yarışmanın qalibi Puerto-Riko təmsilçisi, 21 yaşlı Nellis Pimentel olub. 
Münsiflər heyəti "Miss Hava-2019” tituluna amerikalı Emani Devisi, "Miss Su-2019”a çexiyalı Klara Vavruşkovanı, "Miss Od-2019”a isə Belarus vətəndaşı Alisa Manenoku layiq görüb. 
Qeyd edək ki, BMT-nin təşkilatçılığı ilə hər il keçirilən müsabiqə ətraf mühitin problemlərinə diqqətin cəlb edilməsi məqsədi güdür.