Filarmoniya “Akademik” status alacaq

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına “Akademik” statusu verilib.
 
Nazirlər Kabineti bununla bağlı “M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına “Akademik” statusunun verilməsi haqqında” qərar qəbul edib.
 Mədəniyyət və Turizm Nazirliyinə Maliyyə Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb. Bu qərar 2018-ci il 1 yanvar tarixindən qüvvəyə minir.