​FİFA təsdiqlədi - DÖRDÜNCÜ ƏVƏZETMƏ olacaq

Baxış sayı:
4072

FİFA Dünya Çempionatı ilə bağlı bəzi yenilikləri təsdiqləyib.
Muxalifət.az xəbər verir ki, artıq dünya çempionatında komandaların 4-cü əvəzetmə hüququ olacaq.
Lakin bu qayda yalnız pley-off oyunlarında və matça əlavə vaxt təyin edildiyi təqdirdə tədbiq edilə bilər.
İkinci dəyişiklik isə videotəkrar sistemi ilə bağlı idi. Belə ki, FİFA mundialda videotəkrardan istifadəni təsdiq etmişdi.
Qeyd edək ki, Dünya Çempionatı Rusiyanın 11 şəhərində, iyunun 14-dən iyulun 15-nə qədər keçiriləcək.