​FİFA qalmaqalı: eks-prezidenti rüşvət aldığını etiraf etdi

FİFA-dakı korrupsiya qalmaqalının iştirakçılarından biri,  Qvatemala Futbol Federasiyasının sabiq prezidenti Brayan Himenes günahını etiraf edib.
 
“Associated Press”-in verdiyi məlumata görə, 62 yaşlı B.Himenes futbol matçlarının yayımı və marketinq hüquqlarının satışı zamanı korrupsiya yol verməkdə günahlandırılır.
 
Yanvarın 12-də saxlanılan B.Himenes mart ayında ABŞ-a ekstradisiya edilib. Onu hər maddəyə görə  20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
 
Qeyd edək ki, 2015-ci ilin mayında FİFA-da korrupsiya qalmaqalı baş vermiş, təşkilatın yüksək vəzifəli 7 əməkdaşı həbs olunmuşdu. Ötən ilin dekabrında isə daha 16 FİFA funksionerinə qarşı ittihamlar irəli sürülüb. Korrupsiya ilə bağlı qalmaqal FİFA prezidenti Yozef Blatterin istefa verməsi ilə nəticələnib.