​FİFA-dan Türkiyə nəhənginə qadağa - Məhkəmə

Baxış sayı:
5032

Beynəlxalq Futbol Federasiyası (FİFA) Türkiyə nəhəngi “Trabzonspor” klubuna transfer qadağası qoyub.
Muxalifet.az xəbər verir ki, türk klubu slovak futbolçu Matus Beronun transferi zamanı “Trençin” klubuna ödəniş etmədiyi üçün cəzalandırılıb. Trabzon təmsilçisi 2018-2019-cu il mövsümünün yay dönəmində futbolçu transfer edə bilməyəcək.
“Trabzonspor”un İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcəyi bildirilir.
Qeyd edək ki, Matus Bero 2016-cı ildə transfer edilmişdi.