FİFA-dan Bakı "İnter"inə daha bir ŞOK CƏZA

Bakı "İnter"i daha bir şok cəza ilə üzləşib. Belə ki, FİFA "bankirlər"ə qarşı transfer qadağası tətbiq edib.
Əldə etdiyimiz özəl məlumata görə, bu qadağa növbəti iki mövsümü əhatə edir. Məsələyə aydınlıq gətirmək üçün paytaxt klubunun prezidenti Rəşad Qasımovla əlaqə saxladıq. O, xəbərimizi təsdiqləsə də, hələ məktubla tanış olmadığını bildirdi:
"Düzdü, FİFA belə bir qərar qəbul edib. Ancaq qadağa növbəti iki mövsümü yox, qarşıdakı iki "transfer pəncərəsi" dönəmini əhatə edir. Hələlik məktubla tanış olmamışam. Nəyə görə cəza verildiyini də anlamıram. Məsələyə sabah AFFA-ya gedib aydınlıq gətirəcəm. Bu qərar may ayında qəbul edilib. Nəyə görə transfer dönəmi başa çatdıqdan sonra məktubu göndəriblər, heç başım çıxmır".
Qeyd edək ki, bakılılar bundan öncə futbolçulara olan borca görə avrokuboklardan kənar qalmışdı.