​FİFA "Çelsi"yə qadağa QOYA BİLƏR

Baxış sayı:
1146

"Çelsi"yə transfer qadağası qoyula bilər.
Muxalifət.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Xəbərə görə, “Çelsi” gənc futbolçuların qeydiyyatı zamanı qaydalara əməl etmir. London təmsilçisi "Çelsi" 18 yaşlı Bertran Traore ilə müqavilə imzalayıb. Lakin o, qeyri-rəsmi 16 görüşdə iştirak edib ki, bu da FİFA-nın qaydalarına ziddir.
FİFA “Çelsi”nin bu futbolçu ilə yanaşı, 25 gənc futbolçunun qeydiyyatı zamanı qanunsuzluğa yol verdiyini ehtimal edir. Asossiasiya bu faktları sübut edə bilsə, “Çelsi”yə transfer qadağası qoyulacaq.
İngiltərə klubu isə FİFA-nın bu iddialarını təkzib edib. “Çelsi”nin sözçüsü klubun FİFA qaydalarına uyğun hərəkət etdiyini deyib.