​Fici adaları sahillərində güclü zəlzələ— 8,1 bal

Baxış sayı:
7246

Sakit okeanın Fici adaları sahillərində 8,1 bal gücündə zəlzələ olub.
Muxalifet.az ABŞ Geoloji Xidmətinə (USGS) istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla 03:49-da qeydə alınıb.
Qeyd olunur ki, zəlzələ ocağının dərinliyi 670 kilometr olub. Dağıntılar və ölənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.