FHN “Sədərək” Ticarət Mərkəzindəki yanğınla bağlı məlumat yaydı - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi “Sədərək” Ticarət Mərkəzində yanğınla əlaqədar daha bir məlumat yayıb.
Məlumatda bildirilir ki, ticarət mərkəzində ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 305 m2 olan mağazaların yanar konstruksiyaları ümumilikdə 295 m2 sahədə və 1 ədəd “Beko” markalı kondisioner yanıb. Yüksək temperaturdan yaxınlıqda yerləşən ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 63 m2 olan 2 mağazanın lambirdən ibarət tavanı və 1 ədəd “Samsung” markalı kondisionerin üzlüyü əriyib. Yanğın zamanı ölən və ya xəsarət alan olmayıb.
Yanğın saat 19:13-də söndürülüb.
 
***20:37
 
Bakının Qaradağ rayonunda “Sədərək Ticarət Mərkəzində” baş vermiş yanğın nəticəsində 2 mağazanın dam örtüyü ümumilikdə 150 m2 sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Xəbərdə deyilir ki, hazırda yanğının yayılmasının qarşısı alınıb, tam söndürülməsi istiqamətində müvafiq işlər həyata keçirilir.
 
***19:12
 
Bakıdakı “Sədərək” Ticarət Mərkəzində yanğın başlayıb.
Muxalifet.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda “Sədərək” Ticarət Mərkəzində yanğın hadisəsi baş verməsi haqqında məlumat daxil olub. Dərhal nazirliyin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunaraq yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir.
 
Əlavə məlumat veriləcək.