FHN-dən təkzib gəldi: “Kəmaləddin Heydərovun istefa xəbəri yalandır”

Bəzi KİV-lərdə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun istefaya gedəcəyi ilə bağlı yayılan məlumatlar yalandır, həqiqətəuyğun deyil.
 
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov Turan-ın sorğusunun cavabında bildirib.
Xatırladaq ki, son günlər bir sıra saytlar fövqəladə hallar naziri Kəmaləddin Heydərovun istefa ərizəsi yazdığı, istefaya gedəcəyi ilə bağlı məlumatlar yayıblar.