​FHN-dən Nəsimidəki yanğınla bağlı məlumat

Baxış sayı:
2410

Fövqəladə Hallar Nazirliyi (FHN) Nəsimi rayonunda baş verən yanğınla bağlı məlumat yayıb.
FHN-dən bildiriblər ki, paytaxtın Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə nəticəsində binanın ikinci mərtəbəsində ümumi sahəsi 30 kvadratmetr olan 2 otaqlı ev və bitişik, birmərtəbəli evin (hazırda yaşayış yoxdur) 100 kvadratmetri yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.