FHN Bakıda avtobusdakı hadisə ilə bağlı məlumat yaydı

Baxış sayı:
1744

Fövqəladə Hallar Nazirliyi Bakıda avtobusda baş vermiş yanğın hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyin məlumatında Bakı şəhərinin Xətai rayonunda "Daewoo" markalı sərnişin avtobusunun arxa təkərinin yandığı bildirilib: “Avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”.

Qeyd edək ki, yanğın baş verən avtobus 46 saylı xətt üzrə hərəkət edirmiş. 2 gün əvvəl isə 88 saylı marşrut xəttində fəaliyyət göstərən avtobusda yanğın qeydə alınmışdı.