Fəhləni elektrik cərəyanı vurub - QUBADA

Bərdədən Qubadakı Qırmızı qəsəbəyə işləməyə gələn fəhləni elektrik cərəyanı vurub.
 
1994-cü il təvəllüdlü, Məmmədəliyev Məmmədalı Gəray oğlu, Bərdə rayonu Ləmbəran kəndindən Quba rayonu dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı qəsəbəyə fəhlə işləməyə gəlib. İş zamanı onu elektrik cərəyanı vurub.
O, yaralı vəziyyətdə Quba Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə qəbul olunub. Vəziyyəti orta-ağırdır.
Faktla bağlı hüquq -mühafizə orqanlarında araşdırma aparılır.