Fəhlə məktəbin damından yıxılaraq öldü - SUMQAYITDA

Baxış sayı: 70

Sumqayıtda orta məktəbdə ölüm hadisəsi baş verib.
 
Hadisə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində fəaliyyət göstərən 24 saylı orta məktəbdə qeydə alınıb. Məktəbdə təmir işləri aparan Lerik rayon sakini, 1983-cü il təvəllüdlü Elbrus Firuddin oğlu Məmmədov məktəbin damından yıxılaraq ölüb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğundan Cinayət Məcəlləsinin 162-ci (əmək mühafizə qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır./apa