Fəhlə elektrik vurmasından ÖLÜB – ŞAĞANDA

Biləsuvar sakini bədbəxt hadisə nəticəsində ölüb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 3-də Xəzər rayonunun Şağan qəsəbəsində evlərdən birindəki tikintidə fəhlə işləyən Biləsuvar rayon sakini Ceyhun Əliyev elektrik cərəyanı vurması nəticəsində ölüb.