​FEYSBUKDA YALAN XƏBƏRLƏR BELƏ GÖRÜNƏCƏK

Baxış sayı:
6328

Feysbuk sosial şəbəkəsində artıq yalan xəbərlərin ölçüsü normadan daha kiçik görünəcək.
Muxalifət.az xəbər verir ki, bundan sonra sosial şəbəkədə yalan olduğu müəyyən edilən xəbərlərin başlığı və şəkli kiçik qutularda göstəriləcək.
Doğru olmadığı müəyyən edilən xəbərlərin kiçik qutularda göstərilməsinin səbəbi onların maksimum az istifadəçi tərəfindən görülməsini təmin etməkdir. Yalan xəbərlərin bundan sonrakı görüntüsü ilə bağlı nümunələr də paylaşılıb. Belə ki, yalan xəbərlər solda doğru xəbərlərlə müqayisədə çətinliklə görünən ölçüdə olacaq.
Şirkət rəsmilərindən McNalli və Lauren Boss yalan xəbərlərin yayılmasının qarşısını almaq üçün süni intellekt alqoritmləri üzərində işlədiklərini açıqlayıb. Bu üsulla hansı xəbərin yalan olma özəlliyinin daha çox olduğu müəyyən ediləcək.